Ötən il ən çox korrupsiya faktı aşkar edilən sahələr açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il ən çox korrupsiya faktı aşkar edilən sahələr açıqlanıb

13:16 - 17 / 01 / 2018
Ötən il ən çox korrupsiya faktı aşkar edilən sahələr açıqlanıb

Ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin hansı sahələrlə bağlı olduğu açıqlanıb.

1news.az-ın məlumatına görə, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, hazırda idarədə 141 cinayət işi üzrə araşdırma aparılır.

Qeyd olunub ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Bundan başqa, ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər