Teleqüllə yaxınlığında təhlükə böyüyür: çatların eni 1 metrə çatdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Teleqüllə yaxınlığında təhlükə böyüyür: çatların eni 1 metrə çatdı – FOTO

13:48 - 17 / 01 / 2018
Teleqüllə yaxınlığında təhlükə böyüyür: çatların eni 1 metrə çatdı – FOTO

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsi aktivləşib.

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.

“Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, - deyə ekspedisiya rəisi qeyd edib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

1news.az

Paylaş:
538

Son xəbərlər

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38
Bütün xəbərlər