Zaurun verilişində tapılan 17 yaşlı qızın ölümü ilə bağlı yeni təfərrüatlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaurun verilişində tapılan 17 yaşlı qızın ölümü ilə bağlı yeni təfərrüatlar

17:10 - 17 / 01 / 2018
Zaurun verilişində tapılan 17 yaşlı qızın ölümü ilə bağlı yeni təfərrüatlar

Şəmkir rayonunun Dəllər qəsəbə sakini, yaşadığı evdə özünü asan 2000-ci il təvəllüdlü Dilarə Rəhimova ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Sonxeber.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, Dilarə Rəhimovanın atası o azyaşlı ikən dünyasını dəyişib. Özündən böyük bacısı və 12-13 yaşlı qardaşı var. Bacısı ailəlidir. Qardaşı isə qəsəbədə başqa məktəbdə təhsil alır. Dilarə 11-ci sinifdə oxuyur. Lakin probleminin olduğu məlum deyil. Qəsəbədə onları sakit ailə kimi tanınırlar.

Məlumata görə, D.Rəhimova 2015-ci ildə də bir dəfə evdən Bakıya getmişdi. Aparıcı Zaur Baxşəliyevin verilişi vasitəsilə yeddi gün ərzində tapılmışdı.

Dəllər qəsəbə orta məktəbinin direktoru İlyas Vəliyev bildirib ki, Dilarə Rəhimova məktəbdə ünsiyyətcil şagird olub. Digər uşaqlarla müqayisədə dərslərini zəif oxusa da, onun dərsə davamiyyətində problemi olmayıb.

“Hər gün məktəbə gəlirdi. Axırıncı gün 6-cı saat dərsdən çıxdıqdan sonra sinif yoldaşları ilə bərabər evlərinə gedib. Bu gün səhər dərsə gəlməməsi ilə bağlı ailəsi ilə əlaqə saxlanılıb. Məlum olub ki, anası onu məktəbə göndərmək üçün yuxudan oyatmaq istəyib. Qızını yatağında görməyib, həyətə çıxanda isə onun su çəninin dirəyindən asılmış meyitini görüb.

Mənim 11-ci sinif şagirdləri ilə söhbətim zamanı mənə gələcəkdə kollecə hazırlaşıb, kiçik tibb işçisi olmaq istədiyini demişdi. Lakin, dərslərini zəif oxuyurdu. Dilarənin heç bir psixoloji problemi yox idi. Çevik, tez ünsiyyət quran, səmimi şagird idi”.

Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər