“Keşlə” yeni transferlərini təqdim etdi - FOTO

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Keşlə” transferlərini təqdim edib.
1news.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi 5 futbolçu ilə müqavilə bağladığını rəsmən açıqlayıb.
Bunlar Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio və Herve Tçamidi. Yalnız sonuncu 1 illik sazişə qol çəkib. Digər 4 futbolçunun anlaşma müddəti isə cari mövsümün sonuna qədərdi.
Qeyd edək ki, “Keşlə” qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yollarını ayırıb.
1news.az
799