“Qarabağ” heç-heçə ilə başladı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” heç-heçə ilə başladı

21:42 - 17 / 01 / 2018
“Qarabağ” heç-heçə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.

1news.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırlığın 9-cu günündə meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Yoxlama oyunu

17 yanvar

“Qarabağ” (Azərbaycan) – “Kuban” (Rusiya) - 2:2

Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68

1news.az

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər