Azərbaycanın axtardığı rusiyalı iş adamı azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın axtardığı rusiyalı iş adamı azadlığa buraxılıb

22:27 - 17 / 01 / 2018
Azərbaycanın axtardığı rusiyalı iş adamı azadlığa buraxılıb

Qazaxıstan məhkəməsi külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşovun azadlığa buraxılması ilə bağlı Qazaxıstan Baş Prokurorluğu tərəfindən verilən vəsatətə baxıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib.

O, bildirib ki, məhkəmənin qərarı ilə A. Dadaşov barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb:

“Xətai məhkəməsi Araz Dadaşov haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib”.

Vəkil qeyd edib ki, artıq A. Dadaşovun ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.

Qeyd edək ki, A. Dadaşov iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir.

A. Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

1news.az

Paylaş:
564

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər