Məşhur futbolçuya atasından sərt sözlər: “Ondan nifrət edirəm”
“Mançester United”in keçmiş ulduzu Rayan Giqs Uels milli futbol komandasının başına gətirilməsinə ən sərt tənqid ailəsi tərəfindən edilib.
1news.az-ın Goldnews.az-a istinadən verdiyi xəbərə görə, Giqsin atası Danni Vilson oğlunun bu vəzifə üçün yetərli olmadığını, əxlaqsızlığı görə də vəzifəyə layiq olmadığını müdafiə edib.
Futbolçunun atası “Belə bir övlad dünyaya gətirdiyimə görə utanıram. O, qardaşının həyat yoldaşı ilə birlikdə olub. İndi isə milli komandamızın baş məşqçisi olacaq. Ondan nifrət edirəm. Bu mənimçün qürur deyil” sözlərini söyləyib.
Giqsin atası nitqinə “Ona keçmiş futbolçu kimi xitab edəcəm. O, qardaşını arxadan bıçaqlayıb. Onun namusunu qorumaq əvəzinə, özü ona göz qoyub. Əlbəttə ki, burada tək günahkar o deyil. Ailəmiz ikisini də əfv etməyəcək. Onun belə bir mötəbər vəzifəyə gətirilməsi isə sanki ölkə tərəfindən mükafatlandırılır” sözlərini əlavə edib.
1news.az