Hüseyn Bağırov 6 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov 6 rayonun sakinləri ilə görüşəcək

21:30 - 18 / 01 / 2018
Hüseyn Bağırov 6 rayonun sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yanvarın 25-də İmişlidə vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 2) keçiriləcək və saat 10:00-da başlayacaq qəbulda İmişli ilə yanaşı Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının vətəndaşları iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Aşıq Ələsgər 21) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-579-74-79, 050-463-39-91, 021-24-6-60-52) xahiş olunur.

1news.az

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər