“Everton“ klubu “Arsenal”ın hücumçusunu transfer edib | 1news.az | Xəbərlər
Futbol

“Everton“ klubu “Arsenal”ın hücumçusunu transfer edib

11:31 - 18 / 01 / 2018
“Everton“ klubu “Arsenal”ın hücumçusunu transfer edib

İngiltərənin “Everton” klubu “Arsenal”ın hücumçusı Teo Valkotu heyətinə cəlb edib.

1news.az-ın məlumatına görə, İngiltərə millisinin üzvünün transferi “Everton”a 20 milyon funt-sterlinqə başa gəlib.

28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. Onun yeni komandasında 11 nömrəli formada çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, 2006-cı ildə “Sauthampton” klubundan “Arsenal”a transfer olunan 28 yaşlı hücumçu “topçu”ların heyətində 397 oyunda 108 qol vurub. İngiltərə millisində 47 dəfə meydana çıxan futbolçu rəqib qapılarına 8 dəfə yol tapa bilib.

1news.az

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər