Bakı metrosunda şəhidlərimiz anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda şəhidlərimiz anılıb – FOTO

14:31 - 20 / 01 / 2018
Bakı metrosunda şəhidlərimiz anılıb – FOTO

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

1news.az-ın verdiyi xəbərə görə,  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun “20 yanvar” stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları “20 yanvar” stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər