Ucarda törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

17:44 - 20 / 01 / 2018
Ucarda törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər