20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

12:03 - 20 / 01 / 2018
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

1news.az-ın verdiyi xəbərə görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

S.Xankişiyeva

 

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər