Paris “EKSPO-2025” uğrunda mübarizədən rəsmən imtina edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paris “EKSPO-2025” uğrunda mübarizədən rəsmən imtina edib

13:14 - 21 / 01 / 2018
Paris “EKSPO-2025” uğrunda mübarizədən rəsmən imtina edib

Fransa “Ekspo -2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı yerli "Le Monde" nəşri yayıb.

Parisin imtinasından sonra 2025-ci ildə ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir.

Nəşr yazır ki, Fransa 2024-cü il Olimpiadasını qəbul edəcək, ona görə, daha bir beynəlxalq tədbirin keçirilməsi respublika büdcəsi üçün artıq yükdür.

Belə olan halda, Azərbaycanın şansını daha da artmış hesab etmək olar.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər