Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb, 2-nin durumu ağırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb, 2-nin durumu ağırdır

17:52 - 21 / 01 / 2018
Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb, 2-nin durumu ağırdır

Ağdamda zəhərlənən ailə üzvlərinin sayı 7 nəfərə çatıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Rəhman Məmmədov bildirib ki, ailə üzvlərindən 34 yaşlı Emin Cabbarov və onun 6 yaşlı qızı Mafizə Cabbarovanın vəziyyəti ağırdır.

R.Məmmədov onu da bildirib ki, qida zəhərləməsi ilə bağlı  əstəxanaya müraciət edən Emin və Rahib Cabbarov qardaşlarının ailəsi olub. E.Cabbarov bir həftə öncə evdə kustar üsulla hazırlanmış xiyar turşusu yeyib. Həmin vaxt görmə pozğunluğu, udma aktının pozğunluğu ilə Bərdə və Ağcabədi rayon xəstəxanalarına müraciət edib. E.Cabbarovun vəziyyəti ağırlaşdığından botulizm diaqnozu ilə Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

Araşdırma zamanı məlum olub ki, ailə üzvləri də ad günü məclisində evdə hazırlanmış xiyar və pomidor turşusu yeyiblər. Xəstəxanaya müraciət etsələr də, turşu yediklərini bildirməyiblər. Vəziyyətləri ağırlaşan 31 yaşlı Cabbarova Əsmər Fərhad qızı, 29 yaşlı İsmayılova Elnaz Fərhad, 28 yaşlı Cabbarova Aygün Cəbrayıl qızı, 30 yaşlı  Cabbarov Rahib  Cəbrayıl oğlu, 10 yaşlı Cabbarova Nərmin Emin qızı, 6 yaşlı Cabbarova Mafizə Emin qızı və 3 yaşlı Cabbarov Rahil Nicat oğlu iki təcili-tibbi yardım maşını ilə Bakı şəhər Klinik Tibi Mərkəzinə çatdırılıb.

Ağdam Rayon Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ailə üzvlərinin yediyi qida məhsullarından nümunələr götürərək laboratoriyaya göndərib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma başlanıb.

S.Xankişiyeva

 

Paylaş:
694

Son xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46
Bütün xəbərlər