Coğrafiya İnstitutu: Alpinistlərin getdiyi ərazilərdə qar iyundan əriməyə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Coğrafiya İnstitutu: Alpinistlərin getdiyi ərazilərdə qar iyundan əriməyə başlayır

14:17 - 22 / 01 / 2018
Coğrafiya İnstitutu: Alpinistlərin getdiyi ərazilərdə qar iyundan əriməyə başlayır

İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir”.

M.Həsənov qeyd edib ki, sentyabradək həmin ərazilərdə qar müəyyən qədər ərisə də, hamısı əriyib qurtarmır: “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağa sentyabrdan qar yağmağa başlayır. Ona görə də burada çoxillik buzlaqlar olur. Yəni, oradan qar və buzlaq əksik olmur”.

Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağdakı qarın hündürlüyünə gəldikdə isə, M.Həsənov deyib ki, burada ümumilikdə qarın hündürlüyü yamacın istiqamətindən və meyilliliyindən asılı olaraq, 40-50 sm ilə 80-120 sm arasında dəyişir: “Qarın hündürlüyü külək tutan yamaclarda bir cür, külək tutmayan yamaclarda başqa cür olur. Ayrı-ayrı hissələrdə qarın hündürlüyü 1 metrədən də çox ola bilir”.

M.Həsənov qeyd edib ki, “Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda qarın qalınlığı 1 metrədən çox olan ərazilər əsasən, dərələrdir: “Bir metrlik qarlar yalnız qar uçqunu zamanı dərənin icinə gələrək orada toplanan qarlar olur. Yəni, əraziyə bu qədər qarın yağmasından söhbət getmir”.

M.Həsənov əlavə edib ki, Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir: “Həmin qar ucqunları hadisələri də çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha hündür olur. Ona görə bu ərazilərdə qarın əriməsi prosesi mayın sonu - iyundan başlayacaq. Bu dövrədək isə alpinistlərin getdiyi ərazidə - Tufandağda qar olacaq. Onların getməsi təxmin edilən ərazilər Şah yaylağı, Murad yaylağı adlanan ərazilərdir. Həmin ərazilərin hər hissəsində qar uçqunu baş verə bilir. Burada hər bir yamacdan qar uçqununun baş verəcəyini gözləmək mümkündür”.

M.Həsənov bildirib ki, axtarış aparılan ərazilərdə ən isti vaxtlarda havanın orta sutkalıq temperaturu 2-3 dərəcə isti olur: "Hazırda isə orada havanın orta sutkalıq temperaturu mənfi 8-12 dərəcədir".

Hazırda alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır. Hələlik axtarışlar nəticəsiz qalıb.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

S.Xankişiyeva

 

Paylaş:
688

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər