Məşhur türk serialında Mübariz İbrahimovun qəhrəmanlığından danışılıb – VİDEO

Türkiyənin FOX kanalında yayımlanan "Savaşçı" serialında Milli Qəhrəmanımız Mübariz İbrahimovdan danışılıb.
1news.az-ın verdiyi xəbərə görə, serialda hərbçilərdən biri öz yoldaşlarına Mübariz İbrahimovun qəhrəmanlıqlarından danışır.
Mübariz İbrahimovun əfsanə olduğunu deyən hərbçi onun kimi oğulların hələ çox olduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl də “Savaşçı” serialında yayımlanan kadrlardan biri Azərbaycanda böyük marağa səbəb olmuşdu. Belə ki, Azərbaycan bayrağını əks etdirən birkanı qolunan taxan Türkiyə xüsusi təyinatlılarının komandiri “Bu bayraq da bizim bayraqdır” deyib.
Azərbaycandan Türkiyənin məşhur serialına bayraq dəstəyi – FOTO
S.Xankişiyeva
1615