Əməliyyat Qərargahından alpinistlərin axtarışı ilə bağlı son məlumat | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat Qərargahından alpinistlərin axtarışı ilə bağlı son məlumat

18:34 - 22 / 01 / 2018
Əməliyyat Qərargahından alpinistlərin axtarışı ilə bağlı son məlumat

“Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

1news-az-ın məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.

Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) də axtarışlara qoşulub.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış barədə əlavə məlumat veriləcək.​

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

1news-az

Paylaş:
621

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər