Rusiyalı aparıcı Qobustandakı qayaüstü rəsmlər və Naftalan neftindən bəhs edib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyalı aparıcı Qobustandakı qayaüstü rəsmlər və Naftalan neftindən bəhs edib – VİDEO

09:45 - 22 / 01 / 2018
Rusiyalı aparıcı Qobustandakı qayaüstü rəsmlər və Naftalan neftindən bəhs edib – VİDEO

Rusiyanın Birinci kanalında Dmitri Krılovun aparıcılığı ilə yayımlanan “Neputovıye zametki” verilişinin növbəti buraxılışı efirə çıxıb.

Budəfəki veriliş Azərbaycana həsr olunub. Aparıcı paytaxtdan kənarda da gəzməli yerlərdə olub.

Krılov verilişdə XIX əsrdə yazıçı Aleksandr Düma və səyyah-alim Tur Heyerdalın 1990-2000-ci illərdə Azərbaycanada səyahətilə bağlı söhbətə başlayıb.

Bakıdan danışan aparıcı şəhərin memarlıq üslubunu Paris, Vyana və Barselonaya bənzədib. Bəzən Bakının heç bir şəhərlərlə müqayisə olunmadığını bildirən aparıcı qeyd edib ki, şəhərdə futuristik və gözlənilməz formaların sayı rekord həddə çoxalır.

Həmçinin o, paytaxtdan kənarda da bir sıra maraqlı və sirli yerlər olduğunu qeyd edib.  

Müəllif Qobustana səfər edərək qayaüstü rəsmlərin dünya sivilizasiyası salnaməsi olduğunu da vurğulayıb.

“İbtidai insanların mağaralarda, qayalarda həkk etdikləri rəsmlərdən dünyanın bir çox yerlərində rast gəlmək olar. Lakin bu cür qayaüstü rəsmlərə dünyada heç bir yerdə yoxdur”.

Müəllif eyni zamanda Bakı, Abşeron yarımadasında və paytaxtın bir sıra yerlərində palçıq vulkanlar haqqında da bəhs edir.

“Bu vulkanların sayı 52-dir. Bu da bütün dünya üzrə palçıq vulkanlarının yarısı deməkdir. Həmçinin Qobustanda dünyanın ən iri palçıq vulkanı var”.

Aparıcı Yanardağdakı alovdan da bəhs edərək buranı gecələr seyr etməyi tövsiyyə edir.

Verilişin digər istiqaməti Naftalan istirahət mərkəzinə olur. Onun sözlərinə görə, buraya Rusiya, İran və Türkiyədən bir çoxları gəlib:

“Azərbaycanın bu istirahət yeri naftalan nefti yatağı üzrə yeganədir”.  

Verilişdə 70 xəstəliyin müalicəsi olan naftalan neftinin tarixi haqqında da məlumat verilib.

193 ölkəni gəzmiş səyyah: Bakı açıq səma altında muzeyə bənzəyir – VİDEO

S.Xankişiyeva

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər