Heydər Əsədov Şimal rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əsədov Şimal rayonlarının sakinləri ilə görüşəcək

22:10 - 22 / 01 / 2018
Heydər Əsədov Şimal rayonlarının sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 26-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.  

1news.az-ın məlumatına görə, saat 11:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Quba  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-205-25-75) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər