Qubada 4 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 4 otaqlı evdə yanğın olub

10:38 - 22 / 01 / 2018
Qubada 4 otaqlı evdə yanğın olub

Quba rayonunda yerləşən evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Quba rayonu, Sırt Çiçi kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaq, aynabənddən ibarət evin və bitişik 36 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər