Gənclər 20 Yanvar qırğını ilə bağlı dünya ictimaiyyətinə səsləndilər – VİDEO

“Müasir Azərbaycan Gənclər” İctimai Birliyi vətənpərvərlik hissinin gənclərə aşılanması istiqamətində daha bir addım atıb.
Birlikdən 1news.az-a verilən məlumata görə, 20 yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılmasının ən effektiv yolunun bir başa cəmiyyətə müraciətdə görən birlik fəalları bunu video çarx çəkməklə həyata keçiriblər.
Birliyin sədri Orxan Fəxrəddinovun, birlik fəallarından Arzu Nəbizadənin, Leyla Mansurovanın, Nilufər Məmmədzadənin, Gülnar Həsənovanın, Günay Kərimzadənin, Zülfiyyə Məmmədovanın, Mədinə Gondalovanın, Həsən Məmmədovun, Arzu Hüseynovanın, Əfruz Seyidova, Şahnaz Həsənzadə, Tural Abdullayev, rejissor Muqbil Abışovun, montajçı Vüqar Camalın əməyi sayəsində ərsəyə gələn sosial çarxda Azərbaycanın uzaq keçmişindən bu gününə qısa nəzər salınır. Məhz o tarixi günlərdən birinin 20 yanvar gecəsində yaşandığı qeyd olunur.
Qanlı yanvarın 28-ci il dönümündə azadlıq naminə canlarından keçən şəhidlərimizi ehtiramla anan gənclər həqiqətləri xarici dillərdə dünya ictimaiyyətinə çatdırırlar.
1news.az