Şakira həbs olunacaq? – FOTO
Kolombiyalı müğənni Şakiranın həbs olunacağı barədə xəbər yayılıb.
1news.az-ın Posta-ya istinadla verdiyi xəbərə görə, müğənni vergidən yayınmaqda ittiham olunur.
İspaniya vergi dairələri Şakiranın 2011-2014-cü illərdə maliyyə qeydlərinin yoxlanılmasını istəyib. Əsas dairə bu dövrdə sənətçinin İspaniyada yaşadığını, ölkə daxili gəlirlərlə yanaşı, xaricdən də qazandığı pullara görə vergi ödəməsinin qanuna uyğun olduğunu söyləyib. Bildirilir ki, pop ulduz bu əməllərinə görə həbs oluna bilər.
Şakiranın ötən ilin sonunda Maltada “Paradise Papers”ə musiqi hüquqlarını 40 milyon dollar satması barədə xəbər yayılmışdı.
Qeyd edək ki, müğənni 2010-cu ildə İspan futbolçu Jerard Pike ilə evlənib. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.
S.Xankişiyeva