Ajda Pekkan ən böyük arzusunu açıqladı
Türkiyənin superstarı Ajda Pekkan ən böyük arzusunu açıqlayıb.
71 yaşlı sənətçi İstanbul metrosuna minmək istədiyini dilə gətirib.
“Bir gün əlimə jurnal alaraq metroya minmək, insanları müşahidə etmək istəyirəm. İstanbulda heç vaxt metroya minməmişəm. Çox maraqlıdır, görən necədir?”
Qeyd edək ki, Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Bakıda, Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edib.
S.Xankişiyeva
921