Bakı zooparkındakı bəzi heyvanlar vəhşi təbiətə buraxılacaq – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı zooparkındakı bəzi heyvanlar vəhşi təbiətə buraxılacaq – VİDEO

11:39 - 23 / 01 / 2018
Bakı zooparkındakı bəzi heyvanlar vəhşi təbiətə buraxılacaq – VİDEO

Bakı zooparkındakı bəzi heyvanlar təbiətə buraxılacaq.

1news.az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, planlanan layihə reallaşmaq üzrədir. Zooparkdakı bəzi heyvanlar ötən illər ərzində bol bala veriblər.

Elə bu səbəbdən də onların sayı artdığından təbiətə buraxılması nəzərdə tutulur.

Bakı zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə,həmin heyvanlar təbiətə buraxılmadan öncə Şamaxı Safari parkında xüsusi sahədə saxlanılacaqlar.

Qeyd edək ki, bundan öncə Bakı zooparkına tək olan bəzi heyvanların erkək və dişiləri gətirilib.Həmin heyvanların da nəslini artırmaq planlaşdırılır.

1news.az

Paylaş:
1011

Son xəbərlər

Bütün xəbərlər