Rusiya DİN: Azərbaycanlı jurnalist piyada zolağından keçən zaman vurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya DİN: Azərbaycanlı jurnalist piyada zolağından keçən zaman vurulub - FOTO

14:53 - 24 / 01 / 2018
Rusiya DİN: Azərbaycanlı jurnalist piyada zolağından keçən zaman vurulub - FOTO

Rusiya Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində 30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həştərxanın 1 nömrəli yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Qeyd edək ki, hadisədə ölən Ü. Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb.

1news.az redaksiyası mərhumun doğmalarına və qohumlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər