Keçən il yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub

15:43 - 24 / 01 / 2018
Keçən il yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub

2017-ci ildə Dövlət Yol Polisi tərəfindən 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkar edilib.

1news.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib. 

Qeyd olunub ki, keçən il 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.    

Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb. 

Müşavirədə son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayının azaldığı da qeyd olunub. Bildirilib ki, ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.

1news.az

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər