Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsinnə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 yanvar 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
721