Uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif edilir

14:06 - 25 / 01 / 2018
Uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi təklif edilir

Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin iclasında Azərbaycanda azyaşlı uşaqlara qarşı zorakılıq halları ilə bağlı cəzaların sərtləşdirilməsi məsələsi müzakirə olunub.

1news.az-ın verdiyi xəbərə görə, iclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq:

“Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”.

Komitə sədri qeyd edib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.

Sonra çıxış edən deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub:

“Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

S.Xankişiyeva

 

 

Paylaş:
1794

Son xəbərlər

Bütün xəbərlər