Polis silah satmaq istəyən şəxsi saxladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis silah satmaq istəyən şəxsi saxladı

18:57 - 25 / 01 / 2018
Polis silah satmaq istəyən şəxsi saxladı

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir “TT” markalı tapança, üç patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı 39-cu polis bölməsində toplanan material araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Aşkarlanan silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər