Dövrümüzün qəhrəmanları: Ölkəmizin ucqar kəndlərində çalışan gənc müəllimlər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövrümüzün qəhrəmanları: Ölkəmizin ucqar kəndlərində çalışan gənc müəllimlər – FOTO

12:38 - 25 / 01 / 2018
Dövrümüzün qəhrəmanları: Ölkəmizin ucqar kəndlərində çalışan gənc müəllimlər – FOTO

Qubanın Xınalıq kəndindən gənc müəllimlər Rüfanə Rzayeva və Natiq Məmmədov, İsmayıllının İstisu kəndindən Şahid Muradlı, Şamaxının Ərciman kəndindən Şahsuvar Məmmədov, Tehran Dadaşov və İsmayıl Hacıyev, Ağsu rayonunun Cəlair kəndindən Səridə müəllimə, Lerik rayonunun ucqar kəndlərində çalışan Mahmud müəllim, Masallı rayonunun Təhlə kəndində müəllimlik fəaliyyətinə başlayan Günel Osmanova və onlar kimi yüzlərlə gənci bir keyfiyyət birləşdirir –  fədakarlıq.

Onlar məhz öz peşəsinə vurğun gənclərdir.

Gənc maarifçilər

Bu gənc müəllimlərin hər birinin özünəməxsus tarixçəsi var.

Gəlin onların özlərindən soruşaq ki, şəhər və rayonlarda öyrəşdikləri rahat yaşam tərzini buraxıb ölkəmizin ucqar kəndlərinə getmələrində onları nə vadar edib?

Şəmkir rayonunun Nərimanlı kəndində müəllimə kimi çalışan Gülnar Əhmədova bu addımı seyr etdiyi filmərdən birinin qəhrəmanının fədakarlıq edərək ucraq kənd uşaqlarına təhsil verməsindən sonra atıb.

Bu cür addımı atmağa hər kəs cəsarət etməz. Bu gənc müəllimlər bütün çətinliklərə baxmayaraq bu yolu seçiblər və qərarlarından geri dönmək fikrində deyillər. Onların arasında qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllim peşəsini seçmiş gənclər də var.

Sevindirici haldır ki, bu gənclərdən çoxu mərkəzləşdirilmiş imtahanda işə qəbul olarkən region üzrə ən yüksək nəticələr də göstəriblər. Bununla yanaşı, sadəcə region məktəblərini deyil, ucqar kənd məktəblərini seçiblər.

Nümunə üçün, Xınalıq kəndində fizika müəlliməsi olaraq çalışan Rüfana Rzayeva 3 il əvvəl Oğuzdan gəlib. O, ailəsindən kənarda yaşayır. Və ildə bir neçə dəfə onları görməyə gedir. Rüfanə 9 kənddən olan 340 şagirdin təhsil aldığı internat məktəbində çalışır. Nə Xınalığın soyuğu, nə ailəsindən kənar yaşaması onu məqsədindən geri döndərmir.

Onlar öz peşələrinin vurğunudur

Sadəcə olaraq öz peşənə bütün qəlbinlə bağlanmalısan. Bunu Qazaxdan Masallının kəndində təhsil vermək üçün gələn Günel Osmanova qeyd edib. O, mərkəzdən 20 kilometr kənarda yerləşən kənd məktəbində ibtidai sinif müəlliməsidir.

“Müəllim peşəsi mənimçün ən şərəfli və əvəzedilməzdir. Rayonumuzda müəllimlərə böyük ehtiramla yanaşırlar. Hər kəs istəyir ki, onun qızı müəllim olsun. Lakin mənimçün sadəcə müəllim olmaq və təhsil almaq kifayət deyildi. Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda yüksək nəticələr əldə etmək üçün öz üzərimdə çox çalışdım. Uşaqlarla işləməyi sevirəm. Çalışıram ki, şagirdlərə təhsillə yanaşı, müsbət və maraqlı anlar da yaşadım. Masallıya gələndə mənə bir sinif otağı verdilər. O otağa indi baxdıqda onun sadəcə sinif deyil, şagirdlərimdən ibarət rəngli dünya görəcəksiniz”.

Azərbaycan müəlliminin yeni obrazı

Müəllimlik peşəsi hər zaman cəmiyyətdə ən çətin, hörmətli, şərəfli və vacib peşələrdəndir. Məhz müəllimlərin bugünkü səylərindən uşaqlarımızın, Azərbaycanın gələcəyi asılıdır. Bu gün Azərbaycanda ənənəvi keyfiyyətləri birləşdirən müasir müəllimlərimiz də çoxdur. Onlar yeni standartlarla, müasir təhsil metodikası ilə tanışdırlar. Onlar sosial şəbəkələrdə də işləməyi bacarır. Ucqar dağ kəndlərində müasir metodları tətbiq etməklə onlar keçmişlə gələcək arasında körpü yaradırlar.

Onlar sosial şəbəkələrdə məşhurdurlar

Əlbəttə ki, köhnə ilə yenini birləşdirməyi bacaran gənc müəllim şagirdlərinin hörmət və məhəbbətini qazanacaq.

Hər şey mərhələli şəkildə baş verdi. Ucqar  kəndlərdə işləməyi seçən müəllimləri əvvəlcə məktəbdə, sonra kənddə və rayonda, daha sonra isə ölkədə tanındılar.

Onlardan biri də 26 yaşlı tarix müəllimi Həbib Əlizadədir. Onun haqqında ölkənin bir çox xəbər saytları yazıb. Həbib Astaranın kənd məktəbində çalışır. Dərslərində musiqi elementlərini tətbiq edərək şagirdlərinə rep deyir, kitab toplayaraq uşaqlara verir.

İsmayıllının İstisu kəndində müəllim kimi çalışan Şahid Muradlı isə sosial şəbəkələrdə “Özündən başla” layihəsi ilə məşhur olub. Onun uşaqlarda təhsilə olan marağı yüksəltmək üçün özünəməxsus üslubu var.

“Məktəbə öyrəşməyən  şagirdlərin etibarını qazanaraq təhsilə maraqlandırmaq lazımdır. Müəllim kimi məni sinifdəki mühit maraqlandırır. Öz layihəmi də buna əsaslanaraq hazırlamışam. Məktəbin ikinci evimiz olduğunu şagirdlərə sübut edərək bunu hazırladım. Eləcə də uşaqlar öz əllərilə etdiklərini qoruyacaqlar”.

Ş.Muradlı hesab edir ki, müasir müəllim problemlərdən danışmayaraq onu həll etməlidir:

“Problemlərlə qarşılaşaraq həyatdan şikayət edənlərə müraciət etmək istərdim. Əgər həyatı rəngləndirmək istəyirsinizsə, özünüzdən başlayın”.

Ardı var

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1700

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər