Xalq artisti: Sənət olmayanda bədən gedir qabağa
Xalq artisti Yalçın Rzazadə ARB TV-də yayımlanan “Virtual həyat” proqramında qonaq olub.
1news.az xəbər verir ki, digər ifaçıların onun mahnılarını oxumasından danışıb və narazı olduğunu bildirib:
“Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar. Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar.
Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.
1news.az