TSİ BANM-ın işinin beynəlxalq standartlara cavab verdiyini təsdiq edir | 1news.az | Xəbərlər
Cəmiyyət

TSİ BANM-ın işinin beynəlxalq standartlara cavab verdiyini təsdiq edir

15:24 - 26 / 01 / 2018
TSİ BANM-ın işinin beynəlxalq standartlara cavab verdiyini təsdiq edir

 Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) nümayəndə heyəti Ali Məktəbin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə 23-26 yanvar tarixlərində monitorinq keçirib. TSİ-nin nümayəndələri  ISO 9001-2015 və ISO 14001-2015 standartlarının yeni versiyasına keçidlə, o cümlədən OHSAS 18001 beynəlxalq standartının yenidən sertifikatlaşdırılması ilə əlaqədar audit prosesini həyata keçiriblər.

1news.az-a BANM-dan verilən məlumata görə,Ali Məktəbdə  Audit prosesinin yekunu ilə bağlı  tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov,TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi, maliyyə üzrə baş menecer Namiq Həsənov, baş mütəxəssis Xatirə Salahova, Ali Məktəbin professor-müəllim və administrativ heyəti iştirak ediblər.

Görüş zamanı TSİ ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bildirib ki, BANM indiyə kimi TSİ-nin ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" sertifikatlarını əldə edib və həmin standartların tələblərini müvafiq qaydada yerinə yetirir. Rektor bu kimi sertifikatların Ali Məktəbin fəaliyyətinin yüksək səviyyədə təşkilinin göstəricisi olduğunu vurğulayaraq qeyd edib ki, məhz bu sertifikatlar Ali Məktəbin nüfuzuna böyük təsir edir və onun beynəlxalq arenada daha layiqli təmsil oluna bilməsinə şərait yaradır.

“Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində  uğurla tətbiq edir. Mən bu münasibətlə, başda rektor Elmar Qasımov olmaqla, Ali Məktəbin kollektivini təbrik edirəm.”- deyə TSİ-nin  Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi bildirib. BANM-ın beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayan Səlim Çələbi təmsil etdiyi qurumun Ali Məktəblə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib və BANM-ın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

 TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu BANM-ın fəaliyyətinin həyata keçirilməsi prosesinin standartlara tam uyğun təşkil olunduğunu bildirib və Ali Məktəbin qısa müddət ərzində fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil olunmasını yüksək qiymətləndirib.  

1news.az

 

Paylaş:
582

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər