Qurbanovun ilk sınağı: Moldova ilə qarşılaşacaq millinin heyəti açıqlanıb
Yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
1news.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov yanvarın 30-da baş tutacaq oyun üçün 24 futbolçu dəvət edib.
Komandamızı baş məqşçi kimi ilk oyununa çıxaracaq Qurbanov “Qarabağ”dan 11, “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 futbolçunu heyətə daxil edib.
Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna “Aleksandriya”sının üzvü Pavel Paşayevdi.
Heyətdə yığmada debüt etməyən Şahrudin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk və Abbas Hüseynov da yer alıb.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Rəşad Əzizli (“Neftçi”);
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Bəhlul Mustafazadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Cavid İmamverdiyev(“Sumqayıt”);
Hücumçular: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”).
1news.az