Xızıda 44 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 44 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

09:13 - 26 / 01 / 2018
Xızıda 44 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvarın 25-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxış zamanı 44 ədəd partlamamış hərbi sursat (PHS), 364 ədəd partlamış-yanmış mərmi qalıqları və 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 408 059 kv.m (140.81 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 118 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 25 612 ədəd partlamamış hərbi sursat (PHS), 19 090 ədəd partlamış-yanmış sursat qalıqları və 102 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 006 706 kv.m (9 201 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər