Səudiyyə Ərəbistanı səfirliyi məcburi köçkün ailələrinə qurban əti paylayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səudiyyə Ərəbistanı səfirliyi məcburi köçkün ailələrinə qurban əti paylayıb - FOTO

09:31 - 26 / 01 / 2018
Səudiyyə Ərəbistanı səfirliyi məcburi köçkün ailələrinə qurban əti  paylayıb - FOTO

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi tərəfindən məcburi köçkün ailələrinə qurban əti paylanılıb.

1news.az-a səfirlikdən verilən məlumata görə,  əvvəlki illərdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı “Qurban əti istifadəsi” layihəsi çərçivəsində Füzuli, Biləsuvar, Beyləqan və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlərə 37 min 300 kq qurban əti göndərib. İslam İnkişaf Bankı xətti ilə çatdırılan yardım  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.

Bu layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Belə ki, Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-un 1,5 faizini təşkil edir.

 Bundan əlavə,  Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollar çatıb. Bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların da əksəriyyəti müsəlman ölkəsidir. Bütün bunlar, ələxsus islam dünyasında genişmiqyaslı inkişaf və yoxsulluğa qarşı mübarizə uğrunda Krallığın göstərdiyi səylərdir.

P.Sultanova

Paylaş:
1388

Son xəbərlər

Bütün xəbərlər