Rəşad Sadıqovun komandası Antalya toplanışını qələbəylə başa vurdu | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadıqovun komandası Antalya toplanışını qələbəylə başa vurdu

22:14 - 26 / 01 / 2018
Rəşad Sadıqovun komandası Antalya toplanışını qələbəylə başa vurdu

Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün sonuncu yoxlama oyununu keçirib.

1news.az-ın xəbərinə görə, Rəşad Sadıqovun komandası albaniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Görüş millimizin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Qeyd edək ki, yığmamız Antalyada 3 oyun keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn komandamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.

Yoxlama oyunu

26 yanvar

Azərbaycan U-21 – Albaniya U-21 - 1:0

Qol: Ülvi İskəndərov, 52

Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə

1news.az

Paylaş:
810

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər