“Tarqovı”da  21 yaşlı oğlana qarşı dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tarqovı”da  21 yaşlı oğlana qarşı dələduzluq edilib

20:00 - 28 / 01 / 2018
“Tarqovı”da  21 yaşlı oğlana qarşı dələduzluq edilib

Bakının mərkəzində gənc oğlana qarşı dələduzluq edilib.

1news.az-ın Lent.az-a verdiyi xəbərə görə, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Bəkirov Emil Elxan oğlu 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, Nizami küçəsi 58 ünvanının qarşısında (“Tarqovı” adlanan ərazi) özünü Fərhad kimi təqdim edən şəxs ona yaxınlaşaraq əlində olan “Samsung” markalı mobil telefonu danışmaq adı ilə alıb.

Bir neçə saniyə sonra həmin şəxs telefonla uzaqlaşıb və insanların arasında yox olub.

Müraciət əsasında araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər