Aleksandr Karakliç: “MFL futbolçularının peşəkar klubun düşərgəsinə gəlmələri əla fikirdir” | 1news.az | Xəbərlər
Futbol

Aleksandr Karakliç: “MFL futbolçularının peşəkar klubun düşərgəsinə gəlmələri əla fikirdir”

17:46 - 29 / 01 / 2018
Aleksandr Karakliç: “MFL futbolçularının peşəkar klubun düşərgəsinə gəlmələri əla fikirdir”

“Keşlə” komandasının fiziki hazırlıq üzrə məşqçisi Aleksandr Karakliç MFL-in iki futbolçusu – Mehdi Əzimzadə və Cəbrayıl İsmayılovun Türkiyənin Antalya şəhərində klubun toplanışında iştirakına münasibət bildirib.

“MFL futbolçularının peşəkar klubun düşərgəsinə gəlmələri əla fikirdir”- deyə, Karakliç 1news.az-a müsahibəsində bildirib.

“Bu cür toplanışlar həvəskar futbolun və ümumilikdə, sağlam həyat tərzinin təbliğinə kömək edəcək. 5 gün ərzində MFL-dən olan futbolçuların məqşini izlədim və onlara tapşırıqlar verdim. Düşünürəm ki, məşqlərin onlara xeyri dəyəcək. MFL oyunlarında onlara uğurlar arzu edirəm”.

Murad Axundov (Antalya)

Paylaş:
698

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər