Adı “Qırmızı kitab”a düşən quşları ovlayan üç nəfər saxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Adı “Qırmızı kitab”a düşən quşları ovlayan üç nəfər saxlanılıb – FOTO

12:43 - 29 / 01 / 2018
Adı “Qırmızı kitab”a düşən quşları ovlayan üç nəfər saxlanılıb – FOTO

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində üç nəfər tutulub. Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğludur.

Həmin şəxslərdən üç ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı “Qırmızı kitab”a düşmüş dörd Bəzgək quşu götürülüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən  araşdırma aparılır.

Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı “Qırmızı kitab”a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.

1news.az

Paylaş:
1444

Son xəbərlər

Bütün xəbərlər