U-19 millimiz “Antalyaspor”a məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

U-19 millimiz “Antalyaspor”a məğlub oldu

19:03 - 30 / 01 / 2018
U-19 millimiz “Antalyaspor”a məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

1news.az-ın məlumatına görə, yığmamız “Antalyaspor” klubunun U-19 komandası ilə qarşılaşıb. Matç millimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Kosovoya 0:1 hesabı ilə uduzub.

1news.az

Paylaş:
911

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər