Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb

13:00 - 31 / 01 / 2018
Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7,  Bakıda gecə  0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər