Gedişhaqqını ödəməyən sərnişin sürücüyə hücum edib – VİDEO

BakuBus MMC-də sərnişinlərin kobudluğu ilə bağlı növbəti fakt qeydə alınıb.
1news.az-ın verdiyi xəbərə görə, MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, yanvarın 30-da 175 saylı avtobusa Səməd Vurğun bağı adlanan ərazidə minən sərnişin gedişhaqqını ödməyib.
Sürücünün iradından sonra sərnişin əsəbiləşərək onu qeyri-etik sözlərlə təhqir etməyə başlayır.
Digər sərnişinlərin müdaxiləsi xoşagəlməz münaqişənin qarşısını alır. Dispetçer və polis əməkdaşlarının çağırıldığını görən sərnişin avtobusu tərk edərək qaçır.
“Sərnişinin hərəkətləri video-müşahidə kameralarında qeydə alınıb. Hər kəsdən etik davranış qaydalarına riayət etmələri xahiş olunur”, - M.Piriyev sözlərinə əlavə edib.
S.Xankişiyeva
587