Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür

09:40 - 31 / 01 / 2018
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-ci ildönümüdür.

1news.az-ın məlumatına görə, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbini bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

Gənc yaşlarında siyasi fəaliyyətə başlayan Rəsulzadə 1902-ci ildə 17 yaşında "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Daha sonra sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib.

Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

Azərbaycan milli istiqlal hərəkatına başçılıq edən Rəsulzadə 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!"ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gedib.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. 

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam olur. Dövlət başçısı bu münasibətlə 2018-ci ili isə "Cümhuriyyət ili" elan edib.

1news.az

Paylaş:
607

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər