“Qəbələ” Çexiya klubuna uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
1news.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Çexiyanın yüksək liqasında çıxış edən "Bohemians” klubu ilə qarşılıb. “Gloria Sports Arena”da keçirilən matçda "Qəbələ" 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.
Yoxlama görüşü
31 yanvar
“Qəbələ” (Azərbaycan) – “Bohemians” (Çexiya) - 1:3
Qollar: Luts Siim, 31 (0:1), Hacıağa Hacılı, 49 (1:1), Yakup Neças, 69 (1:2), Heşak, 71 (1:3)
“Qəbələ”nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 16. Dion Malon, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 45. Famusso Kone
1news.az