Müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edildi

20:54 - 01 / 02 / 2018
Müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edildi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsrolunmuş iclasında, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın 4-cü ilinin yekunu ilə əlaqədar keçirilən müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ötən ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı fevralın 1-də Nazirlikdə kollegiya iclası keçirilib.

1news.az xəbər verir ki, ölkə başçısının müşavirədəki çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müəyyənləşdirilib və geniş müzakirə olunub. Qarşıya qoyulan  məqsədlərə nail olmaq üçün Nazirliyin öz resurslarını səfərbər edərək müəyyənləşdirdiyi istiqamətlər üzrə müvafiq tədbirlərin görülməsi planlaşdırılıb.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir H.Bağırov çıxış edərək dövlət başçısı İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını və ölkədə bu istiqamətdə aparılan işlərə böyük dəstək verdiyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun ötən il ərzində yerinə yetirilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş tədbirlər, əldə olunmuş müsbət nəticələr, o cümlədən qeyri-neft sektorunun inkişafına dəstək olaraq kənd təsərrüfatı bitkilərindən ibarət meyvə bağlarının (aqromeşələrin) salınması yönündə aparılmış işlər, habelə tinglik müəssisələrində yeni yaradılan sahələrdə əkinə yararlı məhsuldar meyvə tinglərinin yetişdirilməsi, həmçinin hidrometeorologiya sahəsində Nazirliyin daxili imkanları hesabına ən müasir avadanlıqların quraşdırılıb istifadəyə verilməsi barədə məlumat verib.    

Sonra Kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.

Meşələrin İnkişafı Departamentinin hesabatı dinlənilib, meşələrin mühafizəsi və bərpasında, artırılmasında ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli məhsuldar ağac tinglərinin hesabına aqromeşə sahələrinin salınması istiqamətində aparılan işlərin nəticələri təhlil edilib. Bəzi meşə müəssisələrinin plan - tapşırıqları tələb olunan səviyyədə yerinə yetirməməsi, mühafizə işlərində əsaslı dönüş yaratmaması diqqətə çatdırılıb. Müzakirələr zamanı işinin öhdəsindən gələ bilməyən meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib və Nazirliyin müvafiq şöbələrinə müəssisələrdə kadr tərkibinin təhlil olunması və gücləndirilməsi məqsədi ilə kompleks araşdırmaların aparılması tapşırılıb.

Eyni zamanda Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin ötən ilin yekunları ilə bağlı hesabatı dinlənilib. Ətraf mühitin mühafizəsi sahəsində görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən bir sıra yerli qurumların fəaliyyətinə irad bildirilib. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün göstəriş verilib.

Daha sonra digər xidmət, idarə və departamentlərin 2017-ci ilin yekunları, qarşıda duran vəzifələr barədə hesabatları dinlənilib.

Sonda kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını dinləyib, qısa müddət ərzində onların aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiya iclasında Nazirliyin 2018-ci il üçün istehsalat və iş planları da təsdiq edilib.

1news.az

Paylaş:
678

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər