Bülent Ersoy: 100 min mənimçün saqqız puludur – FOTO
Türkiyənin məşhur müğənnisi Bülent Ersoy xəstəxanadan çıxarkən modelyer Gülşah Saraçoğlu ilə aralarında yaşanan mübahisədən söz açıb.
Aralarında yaşanan soyuqluqdan sonra modelyer bildirib ki, Bülent Ersoyu bağışlamağım üçün o, məndən üzr istəməlidir və Mehmetçik Vakfına (Hərbi Fonda) 100 min türk lirəsi ianə etməlidir.
Sualı cavablandıran diva bildirib ki, mən Gülşah xanımın sözü ilə hərəkət etmirəm:
“Artıq oraya ianə etmişəm. Mənimçün 100 min TL (təqribən 50 000 AZN-ə bərabərdir) saqqız puludur”.
Türk Ordusunun sərhəddə keçirilən əməliyyatlarına toxunulduqda gözləri dolan Ersoy qeyd edib ki, belə anlarda bərabər olmalıyıq:
“Mən ana deyiləm, bir şəhid acısını ana qədər hiss edə bilmərəm. Əgər biz burada rahatlıqla mübahisə edə biliriksə, əsgərlərimizə borcluyuq. Övladlarımın ayağı daşa dəyməsin. Hamısı haqlarını mənə halal etsin”.
Diva azərbaycanlı modelyerə 115 min ödədi – FOTO
S.Xankişiyeva