BANM-da Gənclər Günü təntənəli şəkildə qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da Gənclər Günü təntənəli şəkildə qeyd olunub

13:53 - 02 / 02 / 2018
BANM-da Gənclər Günü təntənəli şəkildə qeyd olunub

Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə,  tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov bütün tədbir iştirakçılarını salamlayıb. Rektor qeyd edib ki, 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumu keçirilib, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd edilməyə başlanıb.

 Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən Elmar Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb. Rektorun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan BANM-ın fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar və müasir standartlara cavab verən gənc mühəndislər yetişdirməkdir. Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir və məhz elə bu keyfiyyətin nəticəsidir ki, BANM-ın yola saldığı ilk məzunları artıq SOCAR , BP, Halliburton, Maire Tecnimont, Schlumberger, Türkiyədə STAR Neft Emalı Zavodu və s. kimi transmilli şirkətlərdə çalışır.

Çıxışının sonunda  Elmar Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-ın tələbələrini təbrik edib, uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev və  YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər. Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər Ali Məktəbin ölkədə yüksək ixtisaslı mütəxəssis hazırlığına böyük töhfələr verdiyini bildiriblər.

Tədbir zamanı Ali Məktəbi müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbələrin mükafatlandırılması mərasimi olub. Rektor tərəfindən tədris ili ərzində müxtəlif sahələrdə fəallıq göstərən və uğur əldə edən tələbələr, BANM-da keçirilən müxtəlif daxili intellektual və əyləncəli turnirlərin, təlimlərin, müxtəlif daxili müsabiqələrin qalibləri, respublika üzrə və ölkədə hüdudlarından kənarda keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri,  həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar.

Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.

1news.az

 

Paylaş:
587

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər