DAA “Siyasi məhbuslara dəstək” aksiyasını pisləyən bəyanat qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DAA “Siyasi məhbuslara dəstək” aksiyasını pisləyən bəyanat qəbul edib

14:26 - 02 / 02 / 2018
DAA “Siyasi məhbuslara dəstək” aksiyasını pisləyən bəyanat qəbul edib

Bir sıra Avropa ölkələrində yaşayan bir qrup azərbaycanlı siyasi fəal bu gün, fevralın 2-də tarixində Fransanın Paris şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyi qarşısında "siyasi məhbuslara dəstək" adı altında aksiya keçirməyi planlaşdırır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dünya Azərbaycanlıları Assambleyasının (DAA) yaydığı bəyanatda qeyd olunur:

“Etiraz aksiyası təşkil etmək, mitinq yürüş, sərbəst toplaşma azadlığı beynəlxalq hüquqda təsbit olunmuş insan haqqıdır, bu haqqdan istənilən insan yararlana bilər. Ancaq bizlərə də məlumdur ki, bu gün işğalçı ölkəyə dəsətək verənlər, işğalçı ölkənin lobbiçiləri arasında Fransada xüsusi yer tutur və bu ölkənin bir sıra rəsmi və qeyri-rəsmi qurumları açıq şəkildə ərazi bütövlüyümüzə, beynəlxalq hüquqda təsbit edilmiş ölkələrin suverenlik və ərazi bütövlüyü prinsipinə açıq şəkildə hörmətsizlik nümayiş etdirirlər.

Bu günə qədər BMT qətnamələri, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO kimi beynəlxalq qurumların qətanmələri, bəyanatları və qərarları olsa da qəbul olunan heç bir qətnamə icra olunmamış, hətta bu gün Fransada işğalçı qondarma rejimin ünsürlərinə bir sıra imkanlar da yaradılmışdır. Yuxarıda qeyd olunan beyəlxalq qurumların fəal üzvü hesab olunan Fransanın 13 şəhəri, qəsəbə və kənd meriyaları işğal olunmuş ərazilərimizlərin qondarma yerli özünü idarəetmə qurumları ilə “dostluq" sazişləri imzalayıblar. Bu halda Fransa bu cür aksiya təşkil etmək yalnız düşmən ölkə havadarlarına “yaxşı” fürsət vermək olardı.

Hazırda ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin guya Azərbaycan Respublikasında insan haqlarının tapdalandığını, "siyasi məhbus" probleminin olduğunu təbliğ edərək ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa cəhdlər edir və Dağlıq Qarabağ ermənilərinin belə bir “qeyri-demokratik” rejimdə yaşaya bilməyəcəklərini bildirərək Qarabağ problemini öz xeyirlərinə həll etməyə cəhdlər göstərirlər. Çox böyük təəssüf hissi ilə bildiririk ki, bəzi həmvətənlilərimiz də hansısa səbəblərdən həmin ermənipərəst çevrələrin dəyrimanına su tökərək ölkəmizdə insan hüquq və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığını bəyan edirlər.

Halbuki son illər ölkəmizdə demokratik təsisatların daha da möhkəmlənməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmiş, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində nəzərəçarpan addımlar atılmışdır.

Biz Dünya Azərbaycanlılarının Assambleyası olaraq Azərbaycan Respublikasının əleyhinə olan, onun milli maraqlarının və onun beynəlxalq nüfuzuna zərrə qədər xələl gətirə biləcək hər hansı bir xırda addımın atılmasına qarşıyıq. Bu cür aksiyaların əleyhinə olduğumuzu bəyan edərək soydaşlarımızı belə tədbirləri təşkil etməməyə, yaxud iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunmasında həmrəy olmağa çağırırıq. Hesab edirik ki, aksiyanın keçirilməsi üçün hər hansı bir ciddi əsas yoxdur və bunu həmin tədbirin təşkilatçıları da anlayırlar. Bu gün qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir. Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün “əlverişli” fürsət hesab oluna bilər. Aldığımız məlumatlara görə, keçiriləcək aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar. 

Məhz sözügedən aksiya onlara ölkəmizin beynəlxalq aləmdə nüfüzuna zərbə vurmaq üçün fürsət verə bilər. Torpaqlarımızın 20 faizini işğal etmiş, soydaşlarımızı tarixi yurdlarından didərgin salmış, həmvətənlərimizə qarşı qətliam törətmiş Ermənistanın layiqli hüquqi cəzasının alması, ərazilərimizin düşmən tapdağından azad olunması dünya azərbaycanlılarının əsas problemlərindəndir və belə olan halda düşmən maraqlarına xidmət edən addımların atılmasını yolverilməz hesab edir, soydaşlarımızı antiAzərbaycan qüvvələri tərəfindən təxribatların çoxaldığı bu məqamda düşmən ölkənin əlinə fürsət verməməyə və dövlətimizin yanında olmağa səsləyirik”.

S.Xankişiyeva

 

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər