Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib – FOTO

17:50 - 02 / 02 / 2018
Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib – FOTO

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral – Gənclər günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

Tarix İnstitutundan 1news.az-a verilən məlumata görə, Elmi Şuranın iclasında institut direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.

Akademik bildirib: “Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib”.

İnstitut direktoru qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib: “1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov bildirib ki, dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində gənc alimlərimiz cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa qeyd edib ki, institutda 40 nəfər gənc çalışır: “İnstitutun gənc alimləri 2017-ci ildə 24 beynəlxalq elmi konfransda iştirak ediblər”.

Bildirilib ki, institutun gənc alimlərindən olan Lamiyə Qafarzadə 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb. Digər gənc alim Elnur Nəciyev isə Azərbaycan dilli vikipediyanın zənginləşdirilməsində fəal iştirakına görə müxtəlif səlahiyyətli qurumlar tərəfindən mükafatlandırılıb.

Xatırladaq ki, 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb. Hazırda Tarix İnstitutunda 3 magistr təhsil alır. İnstitutun magistrları Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşır, o cümlədən qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.

Bildirilib ki, institutda yeni yaradılan 2 şöbənin – İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin müdirləri gənclərdir.

Digər çıxış edənlər əlamətdar gün münasibətilə gənc alimləri təbrik edib və uğurlar arzulayıblar.

Sonda institutun bir qrup gənc aliminə fəxri fərmanlar təqdim olunub.

1news.az

Paylaş:
981

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər