YUĞ Dövlət Teatrında yeni tamaşa hazırlanır

YUĞ Dövlət Teatrında A.P.Çexovun “Təklif” birpərdəli vodevili əsasında yeni tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.
Tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbasova, Zümrüd Qasımova, Elgün Həmidov və Hikmət Rəhimov çıxış edirlər.
Tamaşanın premyerası mart ayına nəzərdə tutulub.
1news.az
725